CƏMİYYƏT


Avqustun 9-da Bakıda havanın temperaturunun rekord göstəricisi yenilənib

Bakı, 10 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41°, Bakıda isə 43° isti qeydə alınıb.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, bu iki il öncə 2 avqustda müşahidə olunmuş 41° rekord göstəricinin yenilənməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40°, bəzi yerlərdə 43° isti təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.