CƏMİYYƏT


Avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günüdür

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günüdür. Dünyanın 90 ölkəsində yerli xalqları təmsil edən 370 milyona yaxın insan yaşayır. Dünya əhalisinin ən azı 5 faizi, planetin ən yoxsul sakinlərinin 15 faizi onların payına düşür. Yerli xalqlar 5000 müxtəlif mədəniyyət və ümumi sayı təxminən yeddi minə çatan dünya dillərinin böyük əksəriyyətinin daşıyıcılarıdır.

Yerli xalqlar ata-babadan irsən keçən unikal mədəniyyət və ənənələrin daşıyıcılarıdır. Bu, insanın təbiətlə münasibətinə də aiddir. Yerli xalqlar yaşadıqları ictimai mühitdə üstünlük təşkil edənlərdən öz sosial-iqtisadi və mədəni xüsusiyyətlərini qoruyub saxlaya bilirlər. Mədəni müxtəlifliyə baxmayaraq, planetin yerli xalqlarının ümumi problemləri var. Bu, onların özünəməxsus xalqlar kimi hüquqlarının qorunması ilə əlaqədardır.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, builki Beynəlxalq Yerli Xalqlar Gününün mövzusu Yerli Xalqların Hüquqları barədə Bəyannamənin qəbul olunmasının 10 illiyinə həsr edilib. 2007-ci il sentyabrın 13-də qəbul edilmiş bu Bəyannamə yerli xalqların hüquqları haqqında əhatəli beynəlxalq sənəddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.