CƏMİYYƏT
Avqustun ilk günündə ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycanda avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-36° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 23-26°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.