ELM VƏ TƏHSİL
Avrasiya Akademiyasının kitab-albomu çapdan çıxıb
Bakı, 16 avqust, AZƏRTAC
Avrasiya Akademiyasının nəfis tərtibatla hazırlanmış “Həqiqət və gözəllik eşqi” kitab-albomu çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, 118 səhifədən ibarət kitab-albomda “Tarixdə akademiyalar”, “Avrasıya Akademiyası”, “Həqiqət və gözəllik eşqi” və s. mövzular yer alıb. Bundan əlavə, kitab-albomda Avrasiya Akademiyasının mükafat və rəmzləri barədə məlumat verilib.
Nəşrin tərtibatçısı Avrasiya Akademiyasının qurucu üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıdır. Kitab-albom Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlara göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]