SİYASƏT


Avrasiya Komitəsinin rəhbəri: Azərbaycan diasporu Rusiya-Türkiyə münasibətlərinin inkişafında önəmli rol oynayır

Moskva, 22 may, AZƏRTAC

Rusiyadakı Azərbaycan diasporu yetərincə güclü və nüfuzludur. İnanıram ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti Rusiya qanunvericiliyinin tələbələri çərçivəsində tezliklə bərpa olunacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiyada türk diaspor təşkilatlarından biri olan Avrasiya Komitəsinin rəhbəri Əli Qalib Savaşır deyib.

ÜAK-ın bağlanması xəbərini böyük təəssüf hissi ilə qarşıladığını bildirən Əli Qalib Savaşır Konqresin qeydiyyatının tezlikdə bərpa ediləcəyinə əminliyini bildirib.

O əlavə edib ki, Azərbaycan diasporu Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərinin inkişafında da önəmli rol oynayır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.