CƏMİYYƏT


Avrasiya Universitetlər Birliyinin “EURAS Academy Program”ının təqdimatı olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Odlar Yurdu Universitetində “Universitetlərin effektiv şəkildə beynəlmiləşməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Avrasiya Universitetlər Birliyinin “EURAS Academy Program”ının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru Əhməd Vəliyev Azərbaycanın inkişaf etmiş dövlətlərin ali təhsil müəssisələri ilə təhsil mübadiləsi apardığını, beynəlxalq təhsil proqramları və layihələrə qoşulduğunu söyləyib. Bildirilib ki, konfransın məqsədi Azərbaycan təhsil sisteminin beynəlmiləşməsi istiqamətində dövlət tərəfindən aparılan islahatlar barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Ölkəmizdə təhsil sektorunun inkişaf etdirilməsi məqsədilə müxtəlif dövlət proqramlarının hazırlandığı qeyd edilib.

Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb. Hazırda rəhbərlik etdiyi təhsil ocağında 500 azərbaycanlı tələbənin təhsil aldığını deyən rektor gələcəkdə bu göstəricinin arta biləcəyini söyləyib. M.Aydın Avrasiya Universitetlər Birliyinin “EURAS Academy Program”ının əhəmiyyətindən də söz açıb. Bildirilib ki, bu proqramın məqsədi universitetləri beynəlxalq əlaqələrə hazırlamaq, onları dünya səviyyəsinə yüksəlmələri istiqamətində görəcəyi işlər barədə məlumatlandırmaqdır.

Digər çıxış edənlər də belə proqramların təhsilin inkişafına böyük töhfə verdiyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.