İDMAN


“Avro-2016”: Almaniya millisi yarımfinalda VİDEO

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 2-də futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin üçüncü oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Bordo şəhər stadionunda Almaniya və İtaliya yığma komandaları qarşılaşıblar.

Macarıstanlı baş hakim Viktor Kassainin idarə etdiyi oyunun ilk hissəsində komandaların cəhdinə baxmayaraq hesab açılmayıb.

Görüşün 65-ci dəqiqəsində Məsud Özil Almaniya millisini hesabda önə çıxarıb. Jeromi Boatenqin əllə oyunu nəticəsində matçın 78-ci dəqiqəsində Almaniya millisinin qapısına təyin olunan penalti zərbəsini Leonardo Bonucci dəqiq yerinə yetirib və oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün görüşdə əlavə vaxt oynanılıb. Ancaq yenə də hesab dəyişməyib. Qalib penalti seriyasında müəyyənləşib. Rəqibi 6:5 hesabı ilə məğlub edən Almaniya millisi yarımfinala yüksəlib.

Almaniya və İtaliya yığma komandaları indiyədək 33 matçda üç-üzə gəliblər. Bu qarşılaşmaların 8-də almanlar, 15-də isə italiyalılar qalib gəliblər. On oyun isə heç-heçə başa çatıb. Ümumi top fərqi də italiyalıların xeyrinədir: 40-49.

Bu oyunda qələbə qazanan komanda yarımfinalda Fransa-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

İyulun 6-da Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda isə Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.