İDMAN
“Avro-2016”: İslandiya 1/4 finala vəsiqə qazanıb VİDEO
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 27-də futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son qarşılaşmasında İngiltərə və İslandiya yığmaları üz-üzə gəliblər. Çempionata güclü heyətlə qatılan ingilislər İslandiya millisi ilə qarşılaşmada sürprizin baş verməsinə mane ola bilməyiblər.
Oyunda hesabı İngiltərə millisi açıb. Ueyn Runi 4-cü dəqiqədə penalti zərbəsini qola çevirib. Cəmi iki dəqiqə sonra Gilfi Siqurdson hesabı bərabərləşdirən qolu vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində isə Kolber Siqtorson İslandiya komandasını hesabda irəli çıxarıb. Oyunda başqa qol vurulmayıb.
Avropa Çempionatında növbəti tarixi zəfərə imza atan İslandiya kollektivi 1/4 mərhələsində Fransa milli komandası ilə qarşılaşacaq.