İDMAN
“Avro-2016”: İtaliya millisi növbəti mərhələyə yüksəlib YENİLƏNİB VİDEO
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İtaliya ilə İspaniya milliləri qarşılaşıblar. İlk hissədə İspaniya kollektivindən daha yaxşı təsir bağışlayan İtaliya millisi oyunun 33 dəqiqəsində Corcio Kyellininin vurduğu qolla hesabda irəli çıxıb. Buna qədər isə Antonio Kontenin yetirmələrinin bir neçə dəfə hesabda irəli çıxmaq şansları olub. Ancaq İspaniya millisinin qapıçısı David de Xea italiyalıların bu imkanlardan yararlanmalarına imkan verməyib.
Oyunun ikinci hissəsində ispanlar təzyiqi artırsalar da bu hücumlar heç bir nəticə verməyib. Əvəzində isə Qraziano Pelle oyuna əlavə olunmuş birinci dəqiqədə İtaliya millisinin üstünlüyünü iki topa çatdırıb. Oyun 2:0 hesabı ilə İtaliya komandasının qəsəbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/4 final mərhələsində İtaliya millisinin rəqibi Almaniya kollektivi olacaq.
x x x
20:55
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İtaliya ilə İspaniya milliləri qarşılaşırlar. İlk hissədə İspaniya kollektivindən daha yaxşı təsir bağışlayan İtaliya millisi oyunun 33 dəqiqəsində Corcio Kyellininin vurduğu qolla hesabda irəli çıxıb. Buna qədər isə Antonio Kontenin yetirmələrinin bir neçə dəfə hesabda irəli çıxmaq şansları olub. Ancaq İspaniya millisinin qapıçısı David de Xea italiyalıların bu imkanlardan yararlanmalarına imkan verməyib.