İDMAN
“Avro-2016”: Portuqaliya Avstriyanın qapısına yol tapa bilmədi VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
“Avro-2016”nın doqquzuncu oyun günü “F” qrupu çərçivəsində Portuqaliya-Avstriya qarşılaşması ilə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçirilən oyun Portuqaliyanın güclü hücumları ilə başlayıb. Kriştiano Ronaldonun komandası rəqibin qapısı qarşısında bir-birinin ardınca real qol vəziyyətləri yaratsa da, bu imkanlardan yararlana bilməyib.
Oyunun 79-cu dəqiqəsində Avstriyanın qapısına penalti zərbəsi təyin olunub. Avropanın ən yaxşı hücumçularından biri olan Kriştiano Ronaldo bu fürsəti də əldən verib. Onun zərbəsi qapı dirəyinə dəyib. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb və Avstriya ilk xalını qazanıb.
Qrupda 1/8 finala hansı komandaların yüksələcəyi son turda bəlli olacaq. Hazırda turnir cədvəlinə 4 xalla Macarıstan millisi başçılıq edir. Portuqaliya və İslandiyanın 2 xalı, Avstriyanın isə 1 xalı var. İyunun 22-də Portuqaliya Macarıstanla, İslandiya isə Avstriya ilə qarşılaşacaq.