İDMAN
“Avro-2016”: "B" qrupunun liderləri meydandan qolsuz bərabərliklə ayrılıb VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 16-da futbol üzrə XV Avropa çempionatının yeddinci gününün sonuncu oyununda “C” qrupunun favoritləri Almaniya və Polşa milliləri üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, Sen–Deni “Stad de Frans” stadionunda oynanılan görüşdə ədaləti hollandiyalı referi Byörn Kuipers təmin edib.
Bu qrupun ilk matçında Almaniya millisi Ukraynanı 2:1, Polşa isə Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub etmişdi.
Almaniya yığmasının üstünlüyü şəraitində keçən matçın ilk yarısında komandaların səylərinə baxmayaraq, hesab açılmayıb.
Matçın ikinci hissəsində də qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.
Bu qrupun digər matçında Ukrayna yığması Şimali İrlandiya millisini 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Almaniya və Polşa iki oyunda dörd xal toplayıb. Şimali İrlandiya yığması 3 xalla qrupda üçüncü, xalsız Ukrayna isə dördüncüdür.