İDMAN


“Avro-2020” London loqosunun təqdimatı olub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də “Avro-2020”nin ev sahiblərindən biri olan İngiltərənin paytaxtı Londonda turnirin loqosu və vizual konsepsiyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, loqonu UEFA prezidenti Aleksandr Çeferin, İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Klark və Londonun meri Sadiq Xan təqdim edib.

Qonaqlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da yer alıb.

Loqonun əsas elementi kimi birlik simvolu olaraq London körpüsü göstərilib. Mərkəz hissədə Anri Delone kuboku və sevinən azarkeşlər yer alıb. Turnirin loqotipi oyunlara ev sahibliyi edəcək 13 şəhər arasında körpü rolunu oynayır. Loqonun mərkəzi yeri Londonun tanınmış Tauer körpüsüdür.

Qitəmiqyaslı 60 yaşlı yarışın yarımfinal və final oyunu Londonun “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Avro-2020”yə Bakı da ev sahibliyi edəcək. Azərbaycanın paytaxtında üç qrup və bir dörddəbir final oyunu olacaq. Bakıda “Avro-2020”nin loqosunun təqdimatı sentyabrın 30-da Olimpiya Stadionunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.