İDMAN


“Avro-2020”nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Bakı, 8 iyun, AZƏRTAC

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda işgüzar səfərdədir.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə “Avro-2020”nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.