İDMAN


“Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək Kopenhagenin loqosu təqdim olunub

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək 13 şəhərdən daha birinin – Kopenhagenin loqosu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, qitə çempionatının 60 illiyi ilə əlaqədar çempionatın oyunlarının keçiriləcəyi digər şəhərlərdə olduğu kimi, Kopenhagenin loqosunda da ciddi fərq yoxdur. Bu şəhərin loqosunda da qitə ölkələri arasında əlaqəni təcəssüm etdirən körpü əsas element olub. Məşhur Dairəvi körpü – “Cirkelbroen”in əks olunduğu rəmzdə Avropa çempionuna təqdim olunan kubok da əksini tapıb.

Kopenhagenin loqosu London, Roma, Bakı, Buxarest, Qlazqo və Münxendən sonra təqdim edilib.

Futbol üzrə ilk Avropa çempionatının keçirilməsinin 60 illik yubileyi ilə əlaqədar “Avro-2020”yə 13 şəhər - Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqo (Şotlandiya) ev sahibliyi edəcək.

Bakıda çempionatın dörd - qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.