DÜNYA


Avrokomissiya: Fransa gəlirlərdən vergi tutulması qaydasını dəyişdirməlidir

Bakı, 7 avqust, AZƏRTAC

Avropa Komissiyasının Fransa hökumətinə müraciətində xarici mənbələrdən gəlir əldə edən vətəndaşların gəlir vergisinin hesablanması ilə bağlı xarici gəlirlərin vergiyə cəlb edilməsi qaydalarında düzəlişlər aparmaq xahiş edilib.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, müraciətə əsasən, Fransada yaşayan vətəndaşların xaricdə qazandıqları gəlirlərinin vergiyə cəlb edilməsi Avropa İttifaqı qanunları çərçivəsində olmalıdır. Bu isə o deməkdir ki, həmin şəxslər ölkənin daxilində əldə edilən gəlirlər üçün tətbiq olunan vergi güzəştlərindən istifadə edə bilməzlər.

Avropa Komissiyası ekspertlərinin fikrincə, hazırda qüvvədə olan qaydalar nəticəsində Fransa işçilərin sərbəst yerdəyişməsi və kapitalın yaradılması prinsipləri ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri pozur.

Komissiyanın müraciətində qeyd olunub ki, Fransa hökuməti iki ay ərzində xarici gəlirlərin vergiyə cəlb olunması qaydalarında düzəlişlər etməlidir. Əks halda, ölkə Avropa Məhkəməsində məsuliyyətə cəlb edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.