DÜNYA


Avropa Birliyi Ukraynaya 55 milyon avro məbləğində yardım ayıracaq

Kiyev, 14 iyun, AZƏRTAC

Avropa Birliyinin yaxın aylarda Ukraynaya dövlət maliyyə idarəetməsində islahatlara görə 55 milyon avro ayıracağı gözlənilir.

Bu barədə jurnalistlərə açıqlamasında Avropa Birliyinin Ukraynadakı nümayəndəsi Xyuq Minqarelli məlumat verib.

Minqarelli bildirib ki, Ukrayna və Avropa Birliyi arasındakı razılaşma bu ilin sentyabrında tam qüvvəyə minəcək. Bundan sonra Avropa Birliyi Ukraynanın dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsinə yardım edəcək.

O qeyd edib ki, Avropa Birliyi ilə Ukrayna arasında digər sahədə əməkdaşlığın artırılması üçün danışıqlar aparılır.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.