ELM VƏ TƏHSİL
Avropa Dizayn İnstitutunun nümayəndəsi Qərb Universitetində mühazirə oxuyub
Bakı, 23 noyabr, AZƏRTAC
Qərb Universitetində Avropa Dizayn İnstitutunun Venesiya şöbəsinin direktoru İgor Efrem Zanti və region üzrə menecer Olqa Myelkova ilə tələbələrin görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Azerbaijan Fashion Week” layihəsi çərçivəsində təşkil edilən ənənəvi görüşdə Avropa Dizayn İnstitutu ilə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Qərb Universitetinin dizayn kafedrasının müdiri Pərvanə Əliyeva gələcəkdə mübadilə proqramları çərçivəsində bir çox layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu söyləyib.
Sonra İgor Efrem Zanti “İtaliya və Azərbaycan dizaynının müqayisəli analizi” mövzusunda mühazirə oxuyub, tələbələrin suallarını cavablandırıb.