REGİONLAR


“Avropa Gənclər Paytaxtı - Gəncə” kitabı İtaliyada təqdim olunub

A+ A

Gəncə, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

İtaliyanın paytaxtı Roma şəhərində “Avropa Gənclər Paytaxtı - Gəncə” kitabının təqdimatı keçirilib. Kitab “Gəncə keçmişin mirası, gələcəyin mədəniyyət nümunəsi kimi” layihəsi çərçivəsində ingilis dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə Gənclərin Elmi Araşdırmalarına Dəstək (GEAD) İctimai Birliyinin layihəsi əsasında keçirilən təqdimat mərasimində avropalı qonaqlara Gəncə haqqında ətraflı məlumat verilib.

Tədbiri açan AİGA–nın sədri Emin Rüstəmov milli-mənəvi dəyərlər mövzusunda çıxış edib, dahi söz ustadı Nizami Gəncəvinin Azərbaycanın, xüsusən də Gəncənin mənəvi həyatındakı rolundan danışıb.

GEAD İB-nin nümayəndələri Elşad Yunusov və Famil Qurbanov Azərbaycanın mədəniyyət mərkəzlərindən sayılan Gəncə şəhəri, həmçinin “Avropa Gənclər Paytaxtı” layihəsi və bu layihə əsasında tərtib edilmiş kitab haqqında söz açıblar.

Tədbir Gəncə mətbəxinə məxsus şirniyyatların təqdimatı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.