REGİONLAR


Avropa Günü münasibətilə məcburi köçkünlər üçün konsert proqramı təşkil olunub

Abşeron, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Mayın 11-də Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində məskunlaşan zəngilanlı məcburi köçkünlər üçün Avropa Günü münasibətilə gənc azərbaycanlı müğənnilərin konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Aİ-nın Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis çıxış edərək Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs edib, bu əməkdaşlıq çərçivəsində azərbaycanlı məcburi köçkünləri əhatə edən bir sıra layihələrin də reallaşdırıldığını vurğulayıblar.

Sonra konsert proqramı təqdim edilib.

Qeyd edək ki, Avropa Günü mayın 6-7-də Lənkəranda da qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.