SİYASƏT


Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin üzvləri beynəlxalq tədbirdə iştirak edib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi Porto şəhərində keçirilən Beynəlxalq Şura Toplantısında iştirak edib.

AZƏRTAC xəbər verir ki, toplantıda dünyada baş verən aktual dəyişikliklərlə bağlı miqrasiya hüquqi məsələləri, eləcə də ətraf mühitin çirkləndirilməsinə qarşı görüləcək yeni hüquqi addımlar və layihələr müzakirə edilib, təşkilata üzv ölkələrin birgə hazırladığı təklif və layihələrə əsasən təşkilatın statusuna bir sıra dəyişikliklər olunub. Eyni zamanda, ELSA beynəlxalq nümayəndəliyinin baş katibliyinə seçkilər keçirilib.

Plenar iclasda Avropa Şurasının nümayəndələri ilə internetlə birbaşa bağlantı yaradılıb və onlar Avropa Şurası adından təşkilata öz dəstəklərini ifadə ediblər.

Tədbirdə ELSA Azərbaycan təşkilatını Məhəmməd İsmayılov, Nərmin Əliyeva, Abbas Qarayev, Nadir Mehdiyev, Ayşə Abdel Qadir, Ayişə Əfəndiyeva, Ağa Dadaşzadə, Elvin Əliyev və Nəzrin Əliyeva təmsil ediblər.

Qeyd edək ki, Avropanın 43 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 48 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktik tətbiqinə nail olmaqdır.

Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.