CƏMİYYƏT


Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

A+ A

Strasburq, 11 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyası çərçivəsində qurumun plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçirilib. Assambleyanın üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə seçiblər. O, AŞPA üzvlərinin 134 səsini qazanıb.

Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəni 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.