İQTİSADİYYAT
Avropa İnvestisiya Bankı “Petkim”ə 80 milyon dollar kredit ayıracaq
Bakı, 5 may, AZƏRTAC
Avropa İnvestisiya Bankı (EIB) SOCAR-ın Türkiyədəki ən böyük aktivi “Petkim PetroKimya Holding A.Ş.”yə 80 milyon dollar kredit ayıracaq.
AZƏRTAC xəbər verir ki, Avropa İnvestisiya Bankından edilən şərhdə həmin kreditin Petkim limanının tutumunun beynəlxalq konteyner terminalına çevrilməsinə yönəldiləcəyi qeyd edilib.
Bildirilir ki, bankın yüksək səviyyəli nümayəndə heyəti İstanbula iki günlük səfərdədir. Nümayəndə heyəti Türkiyədəki müxtəlif şirkətlər və banklarla ümumi dəyəri 800 milyon avrodan çox 7 yeni kredit müqaviləsi imzalamağı planlaşdırır.
Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. “Petkim PetroKimya Holding A.Ş.” isə qardaş ölkənin yeganə xammal istehsalçısıdır. Holdinq 2015-ci ili 639,2 milyon türk lirəsi xalis mənfəətlə tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]