İQTİSADİYYAT


Avropa İttifaqı Azərbaycanda Azad Ticarət Zonasına dəstək layihəsi həyata keçirir

A+ A

Bakı, 22 noyabr, Elvin Camalov, AZƏRTAC

Avropa İttifaqı Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına dəstək olaraq dünyada mövcud müsbət təcrübələrin Azərbaycana gətirilməsi məqsədilə texniki dəstək layihəsi həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün bu layihənin açılış mərasimidir və layihənin dəyəri 262 min avro təşkil edir. Amma burada layihənin məbləği yox, Avropa İttifaqı ilə Azərbaycan və Bakı Limanı arasındakı sıx əlaqələrin möhkəmlənməsi önəm kəsb edir.

M.Mardın sözlərinə görə layihənin icra müddəti 1 il olacaq və dünyada mövcud olan müsbət təcrübələr Azərbaycana gətiriləcək. Bunun üçün milli və beynəlxalq ekspertlər qrupu yaradılacaq. Azərbaycanın dayanıqlı inkişafı üçün bu layihənin böyük əhəmiyyəti var. Biz Avropa İttifaqı olaraq rəqabətədavamlılığın təmin olunmasında maraqlıyıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.