SİYASƏT
Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımır
Bakı, 1 may, AZƏRTAC
Avropa İttifaqı bəyanat yayaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımadığını bildirib.
Bəyanatda deyilir ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz.
Qeyd edilir ki, Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları istiqamətində səylərini dəstəkləyir. Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləməkdə davam edəcək.