DÜNYA


Avropa İttifaqı Polşa əleyhinə sanksiya prosedurunu işə salıb

Bakı, 29 iyul, AZƏRTAC

Avropa Ittifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salıb. Brüsselin fikrincə, islahatlar ölkədə məhkəmə sisteminin müstəqilliyinə zərər vurur.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması üzrə prosedur barədə rəsmi xəbərdarlıq göndərib.

Bir qədər əvvəl Aİ-nin icra kollegiyası keçirdiyi iclasda Polşada məhkəmə islahatları ilə bağlı vəziyyəti müzakirə edib. İclasda vəziyyətin əvvəlki kimi qənaətbəxş olmadığı qərarına gəlinib və bununla yanaşı, Prezident Anjey Dudanın ən təzadlı iki qanun layihəsinə veto qoyduğu qeyd edilib. Lakin Duda Brüsselin tənqid etdiyi digər iki layihəni, o cümlədən ordinar yurisdiksiya məhkəmələrinin fəaliyyəti barədə qanun layihəsini imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.