ELM VƏ TEXNOLOGİYA


Avropa İttifaqı Skype və WhatsApp internet-servislərə nəzarəti sərtləşdirəcək

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

“Financial Times” nəşrinin verdiyi məlumata görə, Avropa Komissiyasının üzvləri Skype və WhatsApp kimi internet-servislərə nəzarət tədbirlərinin sərtləşdirilməsini planlaşdırırlar. Avropa Komissiyası özünün bu mövqeyini onunla izah edib ki, bu messencerlərin fəaliyyəti gələcəkdə təhlükəsizlik və məxfiliklə bağlı reqlamentin müddəalarına uyğun olmalıdır.

AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, jurnalistlərin əlinə keçmiş sənədlər Avropa Komissiyasının bu sektorda üstünlük təşkil edən Amerika şirkətlərinə nəzarəti gücləndirmək niyyətində olmasına dəlalət edir. Aydındır ki, söhbət Facebook və Microsoft kimi şirkətlərdən gedir.

Məlum olub ki, Avropa Komissiyası öz niyyətlərini rəsmən gələn ay elan etməlidir. Bir sıra dəyişiklər həmin proqram əlavələri vasitəsilə asayiş və təhlükəsizlik orqanlarının sorğularının yerinə yetirilməsi ilə bağlı olacaq. Avropa Komissiyasındakı məmurların fikrincə, istifadəçilərin internet vasitəsi ilə zəngləşməsinə və yazışmasına imkan verən bu messencerlərin fəaliyyəti də adi şirkətlərin və mobil rabitə operatorlarının işi kimi tənzimlənməlidir.

“Financial Times” nəşrinin jurnalistlərinin fikrincə, əgər bu qayda qüvvəyə minərsə, onda Avropa İttifaqının nizamlama orqanları Amerika şirkətlərinin fəaliyyətinə nəzarət baxımından daha geniş səlahiyyətlər qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.