SİYASƏT


Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin hazırlanması üçün ən qısa vaxtda danışıqlara başlanılacaq

Bakı, 6 fevral, Əsəd Məmmədov, AZƏRTAC

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılıb və ən qısa vaxtda danışıqlara başlanılacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, 2016-cı ilin noyabrın 14-də Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqeriniyə mandat verilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.