DÜNYA
Avropa İttifaqı komissarı Türkiyə ilə əməkdaşlığın yeni formatına tərəfdardır
Vyana, 24 aprel, AZƏRTAC
Avropa İttifaqı və Türkiyə arasında əməkdaşlığın yeni formatı müəyyən edilməlidir. Bu fikri Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han səsləndirib.
Komissar qeyd edib ki, hazırkı vəziyyət nə Türkiyə, nə də Avropa üçün davam deyil və münasibətlərin yenidən dəyərləndirilməsinə ehtiyac yaranıb. Onun fikrincə, gömrük İttifaqının “upgrade” edilməsi və ya assosiasiya sazişində dəyişikliklər aparılması təklifləri nəzərdən keçirilə bilər. Türkiyə konstitusiyasında dəyişikliklərin aparılmasına dair referendumdan sonra həqiqətən də münasibətlərin yenidən dəyərləndirilməsinin vaxtı çatıb.
Komissar Y.Han Aİ və Türkiyə arasında üzvlük danışıqlarının hələ də mümkünlüyünü qeyd edib.
Y.Han bu həftənin cümə günü Maltada keçiriləcək Aİ ölkələri XİN rəhbərlərinin toplantısında bu məsələni müzakirəyə çıxarmaq fikrindədir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana