DÜNYA


Avropa İttifaqı sərhəd xidmətinin təyyarəsi Maltada qəzaya uğrayıb VİDEO

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Göyərtəsində Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyinin (Frontex) əməkdaşları olan yüngül motorlu təyyarə Maltada qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, Times of Malta qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində beş nəfər həlak olub. Lüksemburqa məxsus təyyarənin Frontex agentliyi tərəfindən icarəyə götürüldüyü bildirilir.

Adanın cənubundakı Luka şəhəri aerodromundan Liviyaya istiqamət götürən Metroliner təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.