Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa İttifaqı üçün tarixi sınaq: inteqrasiya ilə parçalanma arasında

Avropa İttifaqı üçün tarixi sınaq: inteqrasiya ilə parçalanma arasında

Dünyada geosiyasi vəziyyətin ağır olduğu məlumdur. Avropa İttifaqında (Aİ) isə konkret siyasi proseslər meydana çoxlu suallar çıxarır. Belə təəssürat yaranır ki, bu təşkilat daxilində bütövlükdə Qərb sivilizasiyasının taleyini dəyişə biləcək proseslər getməkdədir. Bunlara misal olaraq Avstriyada keçirilən prezident seçkisini və İtaliyada təşkil olunmuş referendumu göstərə bilərik. İtaliyada inteqrasiya əleyhdarları qalib gəlib. Onların lideri sayılan C.Qrillonun partiyası faktiki olaraq baş naziri istefaya göndərməyə nail olub. Bu, Aİ üçün ciddi nəticə hesab edilir. Avstriyada isə antiqlobal əhvali-ruhiyyəli, islamofob N.Hofer yalnız üçüncü turda prezidentlik yarışını uduzub. Onun sona qədər gərgin mübarizə aparması onu təsdiq edir ki, Avstriyada avroskeptiklərin mövqeyi möhkəmlənməkdədir. Bütün bunlar Aİ-nin siyasi gələcəyinə necə təsir göstərə bilər?

Skeptiklərin uğurları: Avropada siyasi əhvali-ruhiyyə dəyişir

Amerikada Donald Trampın siyasi qələbəsindən sonra ekspertlər bütövlükdə Qərbdə proseslərin hansı istiqamətdə gedə biləcəyini proqnozlaşdırmağa çalışırdılar. Bir sıra mütəxəssis hesab edir ki, Avropa İttifaqına daxil olan ölkələrdə də qloballaşmaya, Avro-Atlantik məkanda inteqrasiyaya, Aİ-nin yeni birlik səviyyəsinə yüksəlməsinə qarşı olan siyasətçilərin öz dövlətlərində reytinqləri sürətlə artır. Həmin ölkələr sırasında Avstriya, İtaliya, Hollandiya, Fransa, Almaniya, Böyük Britaniya və digərlərinin adı çəkilir. Avstriyada ifrat sağçı Norbert Hofer daha radikal düşüncəlidir. Azadlıq Partiyasının lideri olan N.Hoferin əsas şüarı “öncə Avstriya”dır. O, Avropa İttifaqına qarşıdır. Miqrantları qəbul etmir, Avstriyada İslamı görmək fikrində deyil.

Prezident seçkisində N.Hofer kiçik fərqlə üçüncü turda “yaşıl” Aleksandr Van der Bellenə uduzub. İlk turda N.Hofer 36 faiz səslə ikinci tura çıxmışdı. İkinci mərhələdə onunla A.Van der Bellen arasındakı fərq cəmi 0,6 faiz olub. Verilən etiraz ərizəsindən sonra üçüncü tur keçirilib və bu zaman N.Hofer 7 faizlik fərqlə geridə qalıb. Ancaq ekspertlər “Hofer niyə uduzdu?” sualına belə cavab verirlər: “Çünki ona qarşı bütün qüvvələr birləşib və Azadlıq partiyasının miqrantlarla bağlı fikirlərini iqtidar real olaraq tətbiq edib” (bax: Италия становится еще одной европейской проблемой / "Взгляд", 5 dekabr 2016).

Deməli, faktiki olaraq Avstriyada avroskeptik, islamofob və antimiqrantçı bir siyasi lider böyük nüfuz sahibidir. Son seçkidə onun ciddi mübarizə aparması müvəqqəti "yüngüllük" deməkdir. Bundan sonrakı mərhələdə nəticənin necə olacağını kimsə dəqiq proqnozlaşdıra bilmir. İtaliyadakı referendum həmin aspektdə çox maraq doğurur. Çünki bu ölkədə də inteqrasiya tərəfdarları ilə milli təcridçilər arasında gərgin mübarizə gedir. İkincilərin sırasında ilk adı çəkilən komik siyasətçi Cüzeppe Qrillodur.

Bəli, İtaliyada məzhəkəçi C.Qrillonun 2009-cu ildə yaratdığı etirazçı “Beş ulduz” hərəkatının populyarlığı getdikcə daha da artır. Onu antimüsəlman mövqeli komik siyasətçi olaraq tanıyırlar. Hətta London merinin müsəlman seçilməsini belə ciddi tənqid edir. O, nə vaxtsa, bu müsəlmanın Londonun mərkəzi meydanında özünü partladaraq şəhid olacağından bəhs edir.

Bunu ekspertlər C.Qrillonun “müsəlmanlara etibar edilməz” mövqeyində olması kimi qiymətləndirirlər. C.Qrillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir. Bunlara baxmayaraq, məzhəkəçi siyasətçinin reytinqi ölkədə sürətlə artmaqdadır. 2013-cü ildə “Beş ulduz” İtaliya parlamentinə seçkidə uğur qazandı, 2014-cü ildə isə Avropa Parlamentinə seçkilərdə nailiyyət əldə etdi. Bu, ekspertləri çox təəccübləndirdi (bax: Андрей Кортунов. Итоги итальянского референдума: головная боль Рима или Брюсселя? / РСМД, 5 dekabr 2016).

Onu vurğulayaq ki, İtaliyada referendum keçirilməsinə baş nazir Matteo Rensi təşəbbüs göstərmişdi. O, 3 ilə yaxındır ki, bu vəzifədə çalışırdı. İtaliya üçün bu, normal müddətdir. M.Rensinin irəli sürdüyü konstitusiya dəyişiklikləri avrointeqrasiyanı daha da dərinləşdirməyə xidmət edirdi. M.Rensi referendumdan əvvəl demişdi ki, uduzsa, istefa verəcək, çünki bu, cəmiyyətin onun siyasi xəttini müdafiə etməməsi anlamına gəlir. İtalyanlar M.Rensinin islahatlarının əleyhinə səs verdilər. Onu cəmi 40 faiz vətəndaş dəstəkləyib. Ekspertlərin rəyinə görə, baş naziri məhz C.Qrillonun partiyası istefaya göndərib. Deməli, İtaliyada bu gün növbədənkənar seçki keçirilsə, “Beş ulduz” qalib gələcək. Bunu hiss edən C.Qrillo öz Tvitter səhifəsində yazıb ki, "bir həftəyə yeni seçki qanunvericiliyi qəbul edilməlidir" (bax: Поражение Ренци может ударить по единству Евросоюза / "Независимая газета", 5 dekabr 2016).

İki ssenaridən biri: "köhnə qitə" çətin seçim qarşısında

Avropa İttifaqı üçün kifayət qədər ciddi siqnaldır. Bəzi siyasətçilər Matteo Rensinin Devid Kameronun taleyini təkrarladığını qeyd edirlər. Bununla "Brexit"dən "Italexit"in ola biləcəyinə işarə verirlər. Maraqlıdır ki, Avropanın bir sıra siyasi liderləri baş verənləri yalnız İtaliyanın daxili işi adlandırıblar (bax: Маттео Ренци проиграл референдум: что дальше? / "ИноСМИ.RU", 5 dekabr 2016).

Hər bir halda İtaliyada avrointeqrasiyanın əleyhdarları qalib gəliblər. Brüssel bu prosesin təşkilatın digər üzvlərinə də təsir edəcəyindən möhkəm narahatdır. Özü də nəzərə alaq ki, Aİ-nin əksər dövlətlərində seçkilər olmalıdır. Bütün bunlar Aİ-nin siyasi taleyi ilə bağlı hansı proqnozları verməyə imkan yaradır? Hər şeydən əvvəl, artıq həmin geosiyasi məkanda proseslərin dönməz hal aldığını vurğulamaq lazımdır. Konkret desək, Böyük Britaniya, Almaniya və Fransa kimi böyük dövlətlərin də daxil olduğu Avropa cəmiyyətlərində ciddi siyasi dəyişikliklər özünü göstərir. Almaniyanın kansleri Angela Merkel son günlər açıq bildirib ki, ölkə NATO və Rusiya ilə əlaqələrə yenidən nəzər salmalıdır. Səbəb kimi isə son zamanlar müşahidə edilən geosiyasi prosesləri göstərib. Bu o deməkdir ki, Almaniyanın xarici siyasətində gözlənilməz dəyişikliklər ola bilər.

Böyük Britaniyada avrointeqrasiya əleyhdarı, Birləşmiş Krallıq Müstəqil Partiyasının lideri Nigel Faracın reytinqinin yüksəlməsi narahatlıqla izlənir, Fransada isə hamının yaxşı tanıdığı Marin Le Pen uğurlar qazanır. Bunlara Almaniyada fəaliyyət göstərən islamofob və avroskeptik Frauke Petrini də əlavə etsək, Aİ-dəki ümumi mənzərə bir qədər də aydın olar. Deməli, Aİ-nin siyasi taleyində birləşmək deyil, parçalanmaq, müxtəlif qruplara bölünmək tendensiyası getdikcə vüsət alır. Bunun davam etməsi halında təşkilatda ciddi funksional və struktur problemlərinin meydana çıxması gözləniləndir.

Artıq İtaliyada C.Qrillo kimi siyasətçilər qələbəyə yaxın olduqlarını hiss edirlər. Onlar cəmi bir neçə il əvvəl parlamentdə hansısa yerə ümid edirdilərsə, indi ölkəyə rəhbərlik etmək və siyasi sistemi dəyişməyə can atırlar. Əslində, bu məqam çox düşündürücü bir faktı gündəmə gətirir. Belə çıxır ki, son illər Aİ-ni bürüyən böhran vəziyyəti təşkilata üzv olan ölkələrdə siyasi abı-havanı və əhalinin əhvali-ruhiyyəsini dəyişməkdədir. Seçici birmənalı olaraq Avropanın ənənəvi siyasi elitasını dəstəkləmir. Yəni söhbət hansısa konkret şəxsdən getmir, Qərb siyasi konsepsiya böhranını yaşayır. Orada sağ, yaxud sol təmayüllü siyasətçinin deyil, mövcud sistemi dəyişə bilən qüvvənin hakimiyyətə gəlməsinə yol açılıb.

Etiraf etmək gərəkdir ki, bu məqam son dərəcə əhəmiyyətli yeniləşmələrə aparıb çıxara bilər. Burada Aİ-nin taleyi aspektində iki ssenaridən birinin reallaşması mümkündür. Birincisi, Aİ-də milli təcridçilik, özünəqapanma, antiqloballaşma və antiinteqrasiya meyilləri daha da güclənərək, təşkilatı ya son dərəcə zəiflədər, ya da tamamilə məhv edər.

İkincisi, yaranmış mürəkkəb və ziddiyyətli vəziyyət Aİ-də yeni səviyyədə birliyə, inteqrasiyaya və sıçrayışlı inkişafa yol aça bilər. Bu ssenarilərdən hansının daha real olduğunu öncədən demək çətindir. Çünki proseslər hələ durulmayıb, siyasi qüvvələr arasında mübarizə davam edir. Digər tərəfdən isə dünyanın başqa böyük geosiyasi gücləri bir-birinə təsir etməkdədirlər. Aİ də bundan yan keçə bilmir. O halda Aİ özünü müdafiə məqsədi ilə konkret addım ata, məsələn, öz ordusunu yarada, xarici təhlükə ətrafında əhalisini birləşdirə bilər. Bu variantda avroskeptiklərin şansları xeyli azalmış olar.

Beləliklə, Avropa İttifaqı faktiki olaraq yol ayrıcındadır. Burada bir-birinə zidd olan siyasi proseslər gedir. Eyni zamanda, Aİ ilə ABŞ, Rusiya və Çin kimi böyük dövlətlər arasında qarşılıqlı münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyi məsələsi aktuallaşıb. Həmin qüvvələrdən heç biri maraqlarını Aİ-yə güzəştə getmək fikrində deyil. Bu isə təşkilatın xarici siyasət sahəsində də ağır günlər keçirə biləcəyi anlamına gəlir. Sözün həqiqi mənasında Avropa üçün son 200 ildə əsl tarixi sınaq mərhələsi başlayıb.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib