DÜNYA


Avropa İttifaqı və Kanada ticarət sazişi imzalayıb

A+ A

Bakı, 31 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Kanada arasında 7 il müzakirə edilən Əhatəli İqtisadi və Ticarət Sazişi (CETA) imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Brüsseldə keçirilən Aİ-Kanada sammitində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker, Kanadanın Baş naziri Castin Trüdo və Avropa İttifaqına sədrlik edən Slovakiyanın Baş naziri Robert Fiko imzalayıb.

Donald Tusk deyib: “CETA və Strateji Tərəfdaşlıq müqaviləsi imzaladıq və bununla qürur duyuram. Sərbəst ticarət və qloballaşma yüz milyonlarla insanı aclıq və yoxsulluqdan qoruyur. Sərbəst ticarətin müsbət təsirlərini insanlara dürüst və inandırıcı şəkildə izah etməliyik”.

O bildirib k, saziş nəticəsində Kanada Bolqarıstan və Rumıniyaya tətbiq etdiyi vizanı 2017-ci ilin sonuna qədər ləğv edəcək.

Avropa Komissiyasının başçısı Jan-Klod Yunker qeyd edib ki, Aİ və Kanada əhalisi üçün yeni bir dövr başlayır. CETA yarım milyarddan çox insana yeni fürsətlər təqdim edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.