ELM VƏ TƏHSİL
“Avropa İttifaqı və Qara dəniz regional əməkdaşlığının perspektivləri” mövzusunda mühazirə
Xəzər Universitetindən AZƏRTAC-a bildiriblər ki, qurucularından biri Azərbaycan olan İCBSS-in hökumətlərarası regional təşkilatı Afinada yerləşir və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə əlaqəli orqandır.
Z.Dimadama mərkəzin nəşrlər departamentinin tələbə qurumu haqqında məlumat verib. O, regional inteqrasiya üçün çətinlik yaradan geniş Qara dəniz regionunda baş verən hadisələrə münasibətini bildirib və regional əməkdaşlıq üçün imkanlardan, Avropa İttifaqı üçün bölgənin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas cari il iyulun 1-dən başlamış dekabrın 31-dək davam edəcək QDİƏT-ə Yunanıstan sədrliyinin prioritetləri haqqında iştirakçılara məlumat verib.
Sonra Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və xanım Z.Dimadama bu ali təhsil ocağı ilə və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq və akademik mübadilə sazişi imzalayıblar.
Tədbir Avropa İttifaqının Erasmus + proqramının dəstəyi ilə “Jean Monnet” Avropa Seminarlar Silsiləsi çərçivəsində təşkil edilib.