DÜNYA


Avropa İttifaqında vergidən yayınanlara kömək edənlər cərimələnəcək

Bakı, 5 iyul, AZƏRTAC

Avropa Komissiyasının üzərində işlədiyi yeni qanun layihəsinə əsasən, şirkətlərin gəlirlərini vergi dərəcələri aşağı olan ölkələrə köçürməklə onlara yardım edənlərə qarşı cərimə tətbiq edilə bilər.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, yeni sənəd “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernest&Young” və “KPMG” kimi auditor şirkətlərini, eləcə də bank məsləhətçilərini və digər məsləhətçiləri Avropa İttifaqına (Aİ) üzv dövlətlər qarşısında “vergi optimallaşdırılmasının potensial aqressiv sxemləri” barədə hesabat verməyə məcbur edə bilər.

Belə bir addımın atılmasına səbəb vergidən yayınmaya qarşı mübarizəni gücləndirməkdir. Bu, həm də Panama sənədləri ilə bağlı keçənilki qalmaqalların nəticəsi olaraq görülən tədbirlərin tərkib hissəsidir. Tezliklə ictimaiyyətə açıqlanması gözlənilən qanun layihəsi əsasında müəyyənləşdirilmiş qaydalara əməl edilməməklə bağlı cərimələr tətbiq olunacaq, bununla əlaqədar qərar çıxarmaq hüququ isə Avropa İttifaqına üzv ölkələrin özlərində saxlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.