DÜNYA


Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsi məsələsində V4 ilə Portuqaliyanın mövqeləri üst-üstə düşür

Praqa, 15 dekabr, AZƏRTAC

Çexiya Prezidenti Miloş Zeman Lissabona səfəri çərçivəsində çərşənbə günü portuqaliyalı həmkarı Marselo Rebelu di Soza ilə görüşüb. Dövlət başçıları Avropa İttifaqının xarici sərhədlərinin birgə qorunmasının zəruriliyi barədə eyni fikirdə olduqlarını bildiriblər. Onların fikrincə, Avropada qaçqınların qəbul edilməsi əvəzinə bu insanlara bilavasitə öz vətənlərində yardım göstərilməlidir. Hər iki siyasətçi Avropa İttifaqında islahatlar aparılmasının tərəfdarıdır. Aİ-də dəyişikliklər barədə Çexiya və Portuqaliya kimi kiçik ölkələr də təşəbbüs göstərə bilərlər.

Miloş Zeman Portuqaliyanın xarici işlər naziri ilə də danışıqlar aparıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.