DÜNYA


Avropa Komissiyası Aİ-yə üzv dövlətləri avroya keçməyə çağırıb

Vyana, 24 may, AZƏRTAC

Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələri 2025-ci ilədək vahid valyutaya – avroya keçməyə çağırıb. Avropa İttifaqının maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviç bildirib ki, heç bir ölkə vahid valyutaya keçidə məcbur edilməyəcək. Lakin ölkələrə cəlbedici çərçivə təkliflər təqdim olunacaq.

Aİ-yə üzv dövlətlərin vahid valyutaya keçmələri üçün konkret təkliflər mayın 31-də, İqtisadi və Gömrük İttifaqı ilə bağlı islahat paketi çərçivəsində təqdim ediləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.