DÜNYA


Avropa Komissiyası Çexiya Prezidentinin qaçqınlarla bağlı bəyanatını tənqid edib

A+ A

Praqa, 3 avqust, AZƏRTAC

Avropa komissarı Günter Ettinger miqrantların qəbulunun əleyhinə olan Çexiya prezidenti Miloş Zemanın ölkəsinin qaçqınları qəbul etməsi məsələsinə parlament səviyyəsində baxılmasının məqsədəuyğunluğu barədə bəyanatını tənqid edib. O, Almaniyanın “ffn” radiosuna müsahibəsində deyib: “Zeman öz fikirləri ilə Avropanı zəiflədir”. Avropa komissarı digər məsələlərlə bərabər qeyd edib ki, Çex Respublikasının Konstitusiyasında qaçqınlara sığınacaq verilməsi ilə bağlı, məsələn, Almaniya Konstitusiyasında olduğu qədər müddəaların nəzərdə tutulmadığını bilir. Lakin Avropa İttifaqının (Aİ) qaçqınların qəbulu üzrə kvotalara dair qərarı Aİ qanunvericiliyinin tələblərinə müvafiq olaraq böyük əksəriyyət tərəfindən qəbul edilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.