ELM VƏ TEXNOLOGİYA


Avropa Komissiyası: “EaPConect” layihəsi elm və təhsil üçün yeni perspektivlər açır

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Avropa Komissiyasının rəsmi saytında Azərbaycanın və Belarusun elm və təhsil üzrə regional kompüter şəbəkələrinin hər iki ölkənin alim və tələbələri üçün dünyanın bütün dövlətlərindən olan tərəfdaşları ilə əməkdaşlıq imkanı yaradan “GEANT” şəbəkəsinə qoşulması barədə yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda “Eap Connect” layihəsi barədə məlumat verilir. Bildirilir ki, layihənin əsas məqsədi Şərq tərəfdaşlığı regionunda dünya səviyyəsində elm və təhsil üzrə regional kompüter şəbəkəsi yaratmaqdır. “EaPConect” Avropa qonşuluq siyasətinə uyğun olaraq Avropa İttifaqı və onun tərəfdaşları üçün qarşılıqlı əməkdaşlığı, iqtisadi inkişafı genişləndirməyə dəstək verir.

Yazıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin sözlərinə də yer ayrılıb. Bu əməkdaşlığın Azərbaycanın elmi ictimaiyyətinin Avropa elmi mühitinə inteqrasiyası üçün yeni imkanlar yaratdığını vurğulayan R.Əliquliyev deyib: “Biz qarşıda duran problemlərin həlli üçün birgə fəaliyyət göstəririk. Ümid edirəm ki, “EaP Connect” layihəsi regionda müsbət dəyişikliklərə səbəb olacaq”.

Yazıda, həmçinin “GEANT”ın baş direktoru Stiv Kotterin də fikirləri yer alıb. Onun sözlərinə görə, Azərbaycan ilə Belarus arasındakı əməkdaşlıq şəbəkənin imkanlarını daha da genişləndirir. Şəbəkə iqlim dəyişikliyi, seysmologiya, yüksək enerji fizikası və elektron elm sahələrində bir çox tədqiqat imkanları və yeni nailiyyətlərin əldə edilməsinə, elmi əlaqələrin genişlənməsinə şərait yaradır.

Oktyabrın 6-7-də Gürcüstanda keçirilmiş “EaPEC” konfransından bəhs edən yazıda bildirilir ki, tədbirdə iştirakçılara yeni əməkdaşlıq platforması təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.