DÜNYA


Avropa Komissiyası “Google” şirkətini böyük məbləğdə cərimələyib

Bakı, 27 iyun, AZƏRTAC

Avropa Komissiyası “Google” şirkətini 2,42 milyard avro məbləğində cərimələyib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, buna səbəb şirkətin rəqabət qaydalarını pozmasıdır. Bildirilir ki, şirkət axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edirmiş.

Qeyd edək ki, bu, Avropa Komissiyasının kəsdiyi ən böyükməbləğli cərimədir. Bundan əvvəl komissiya 2009-cu ildə ABŞ-ın nəhəng kompüter çipi istehsalçısı “İntel”i 1,06 milyard dollar məbləğində cərimə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.