DÜNYA


Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq

Tehran, 2 iyun, AZƏRTAC

Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq.

“Tehran Times” qəzetinin verdiyi məlumata görə, Avropa Komissiyası bu pulu İranda məskunlaşan Əfqanıstan qaçqınlarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün ayırıb. Həmin vəsait hesabına İrana pənah gətirmiş Əfqanistanın qaçqın ailələrinə təhsil, səhiyyə və hüquqi xidmətlər göstəriləcək. Kənd yerlərində məskunlaşanlar isə qida və içməli su ilə təmin olunacaqlar.

Xatırladaq ki, Avropa Komissiyası bu ilin büdcəsindən Cənub-Qərbi və Mərkəzi Asiya regionunda baş verən silahlı qarşıdurmalar və təbii fəlakətlər zamanı qaçqın və məcburi köçkün düşən insanlara 44 milyon avro həcmində humanitar yardım ayırıb. Həmin yardımın 10 milyonu İrana veriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.