DÜNYA


Avropa Komissiyası: Misir Türkiyə deyil

A+ A

 

Berlin, 10 oktyabr, AZƏRTAC

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında miqrantlarla bağlı sazişi Misir, yaxud digər Afrika ölkələri ilə buna bənzər sazişlərin imzalanması üçün nümunə kimi nəzərdən keçirmir. Almaniyada çıxan həftəlik “Der Spiegel” nəşri xəbər verir ki, Brüssel belə sazişlər imzalanmasını təklif edən AFR kansleri Angela Merkel ilə həmrəy deyil.

Nəşrin məlumatına görə, Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan bu məsələ ilə bağlı federal kansler idarəsinin başçısı Peter Altmayerə müraciət edib. Y.Xan hesab edir ki, dönə-dönə bu mövzuya qayıtmaq səmərəli deyil.

İmzalanmış sazişə görə, Aİ qaçqınlar üçün, o cümlədən onların yerləşdirilməsi və təhsilinin təşkil edilməsi üçün Türkiyəyə üç milyard avro ödəməlidir. Brüssel ehtiyat edir ki, A.Merkelin bəyanatlarından sonra Misir kimi ölkələr də buna uyğun məbləğ almağa ümid bəsləyə bilərlər, hərçənd həmin ölkələrdə qaçqınlarla bağlı vəziyyət Türkiyə ilə müqayisəyə gəlmir.

Əgər Türkiyə ərazisində təqribən 2,7 milyon suriyalı yerləşibsə, Misir yalnız miqrasiya üçün tranzit ölkə sayılır. 2016-cı ilin yanvarından avqustuna qədər Misir ərazisindən İtaliyaya təqribən 12,400 adam pənah gətirib ki, bu da ötən ilin əvvəlki dövrü ilə müqayisədə təqribən beş min nəfər çoxdur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.