DÜNYA
Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə qızışır
Praqa, 7 fevral, AZƏRTAC
Çex Respublikasında “Volkswagen” konserninin mühərriki modifikasiya edilmiş 164 min avtomobili satılıb. Bu avtomobillərdən 106 mini “Škoda” markalıdır. Bu barədə məlumat Avropa Komissiyasının “Blesk.cz” nəşrində dərc edilmiş materiallarında yer alıb.
ABŞ-dakı müştərilərdən fərqli olaraq, çexlərin vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yoxdur. Avtozavod yalnız pulsuz servislə təmin etməyi öhdəsinə götürür. Avropa komissarı Vera Yourova faktla bağlı “VW” konsernindən ziyanı ödəməyi tələb edib. Amma konsernin baş direktoru Mattias Müller fevralın 6-da baş tutmuş danışıqlardan sonra da Çexiya vətəndaşlarına vəsait ödəməkdən imtina edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]