DÜNYA
Avropa Komissiyasının sədri İtaliyanın miqrant böhranının həllində həmrəyliyini yüksək qiymətləndirib
Roma, 6 fevral, AZƏRTAC
Avropa Komissiyasının sədri Jan-Klod Yunker miqrant böhranının həllində İtaliyanın nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.
Avropa Parlamentinin plenar sessiyasında çıxış edən qurumun rəhbəri bildirib ki, bütün üzv ölkələr öhdəliklərinə hörmətlə yanaşmalıdırlar və bu baxımdan İtaliya hökumətinin mövqeyi təqdirəlayiqdir. O deyib: “Hazırkı mərhələdə miqrant böhranının həllində Türkiyəyə 3 milyard avro yardımın ayrılması önəmli addımdır. Bu istiqamətdə həmrəylik nümayiş etdirən bütün ölkələrə, o cümlədən İtaliyaya minnətdarlığımızı bildiririk”.
Jan-Klod Yunker əlavə edib ki, miqrant böhranı artıq Avropa üçün həmrəylik böhranına çevrilib və hələ məsələnin həlli üçün görüləcək çox iş var.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]