CƏMİYYƏT


“Avropa Könüllülük Xidməti” proqramının əlaqələndiriciləri Romada bir araya gəliblər

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə “Avropa Könüllülük Xidməti” proqramının koordinatorları üçün təşkil olunan təlimdə iştirak edib. Təlim İtaliyanın paytaxtı Roma şəhərində “Erasmus+” Milli Agentliyi və “SALTO-Youth” Resurs Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, 19 ölkədən 25 əlaqələndiricinin qatıldığı təlimin məqsədi “Avropa Könüllülük Xidməti” çərçivəsində keçirilən layihələrinin keyfiyyətini artırmaq və koordinatorların fəaliyyətini intensivləşdirmək üçün onları nəzəri və praktiki cəhətdən məlumatlandırmaqdır.

Təlim zamanı iştirakçılara “Avropa Könüllülük Xidməti”nin əsasları, könüllülərin seçilməsi və idarə olunması, öyrənmə və öyrətmə metodları haqqında ətraflı məlumat verilib. Bundan başqa, müxtəlif ölkələrdən bir araya gələn koordinatorlar təcrübələrini bölüşərək gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Avropa Könüllülük Xidməti” 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş “Erasmus+” proqramının əsas istiqamətlərindən biridir və 18-30 yaş arası gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasından keçməlidir. ARGTMŞ ilk dəfə 2013-2016-cı illər üçün akkreditasiyadan keçib. 2013-cü ildə ARGTMŞ tərəfindən yaradılmış “Avropa Könüllülük Xidməti”nin Azərbaycan modeli olan “Azərbaycan Könüllülük Xidməti” respublika gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Daha sonra Gənclər Təşkilatları Milli Şurası yenidən “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cu illər üzrə akkreditasiyasından keçib. Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin “Avropa Könüllülük Xidməti”ndə iştirakını təmin etməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.