Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası Azərbaycanda keçiriləcəkdir
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinə üzv seçilmişdir VİDEO

Roma, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının iclasının açılışı olmuşdur.

İki gün davam edəcək Assambleyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, “Bakı – 2015” Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları daxildirlər.

İclasın açılışında məruzə ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Assambleyanın gündəliyi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, idman dünya xalqları arasında həmrəyliyin və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malik olan bir sahədir. İnsanların cəmiyyətdə üzləşdiyi bir sıra problemlərin həlli baxımından beynəlxalq idman qurumlarının üzərinə böyük məsuliyyət düşür.

Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmışdır. O, tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanda baş tutacaq Avropa Oyunlarının əhəmiyyətinə toxunmuşdur. Ölkəmizin bu oyunlara hazırlığını yüksək qiymətləndirən Avropa Olimpiya Komitəsinin prezidenti bildirmişdir ki, “Bakı – 2015” Avropa Oyunları nəinki Avropa qitəsində, eləcə də bütün dünyada idmanın inkişafına töhfə verəcək və tarixə mühüm idman yarışı kimi düşəcəkdir.

Dünyada Olimpiya həmrəyliyinin artırılmasının vacibliyini vurğulayan Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bu istiqamətdə “Bakı – 2015” Oyunlarının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Olimpiya hərəkatında mühüm hadisə sayılan bu tədbirə Azərbaycanda yüksək səviyyədə hazırlıq işləri aparılır.

Avropa Olimpiya Komitəsinin əvvəlki toplantısının protokolunun təsdiq olunduğu tədbirdə qurumun büdcə, maliyyə və digər məsələləri barədə məruzələr dinlənilmiş, 2014-cü il üçün büdcə təsdiq olunmuşdur. Eyni zamanda, tədbirdə Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunların hesabatı, Avropa Gənclərinin Olimpiya festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, “Soçi – 2014” Qış Olimpiya Oyunları, “Rio – 2016” Yay Olimpiya Oyunları, “Pyeonçang – 2018” Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları ilə bağlı təqdimatlar olmuşdur.

Günün ikinci yarısında Assambleyada bir sıra məsələlər, o cümlədən dünyanın bəzi ölkələrində gələcəkdə keçiriləcək müxtəlif idman yarışlarına hazırlıq, idmançıların sosial məsələlərinin həlli ilə bağlı görülən tədbirlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Olimpiya Oyunları yarandığı dövrdən etibarən sülh və həmrəylik rəmzi hesab olunmuş, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına önəmli töhfələr vermişdir.

Sonra 2013-2017-ci illər üzrə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir. İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir.

Tədbir çərçivəsində Avropa Olimpiya Komitəsinin növbəti, 43-cü Baş Assambleyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz Hüseynzadə, Patrik Hikki və Rafael Paqnozzi imzalamışlar.

Tədbirin son günü – noyabrın 23-də “Bakı – 2015” Avropa Oyunlarının təqdimatı olacaqdır.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası Azərbaycanda keçiriləcəkdirMOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinə üzv seçilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır