İDMAN


Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən idmançılarımızla görüşüblər.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Gyor şəhərində idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələn MOK-un rəsmiləri atletlərin, məşqçilərin və nümayəndə heyətinin Olimpiya kəndindəki şəraiti ilə maraqlanıb, yarışlara hazırlıqla bağlı məlumatları dinləyib və idmançılarımızın qidalandıqları yeməkxanaya baş çəkiblər.

Səmimi şəraitdə keçən görüşdə Ağacan Abiyev ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, beynəlxalq yarışlarda Azərbaycan atletlərinin qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu və onların da Avropa Olimpiya Festivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Görüşün sonunda idmançılarla xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.