İDMAN
Avropa Oyunlarında iştirak edəcək boks üzrə Rusiya yığmasının heyəti müəyyənləşib
Bakı, 30 may, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Moskvada keçirilmiş mətbuat konfransında Bakıda Avropa Oyunlarında iştirak edəcək boks üzrə Rusiya yığmasının heyəti müəyyənləşib. Yarışda Rusiyanın on boksçusu iştirak edəcək. Bunlar Bator Saqaluyev (49 kiloqramadək çəki dərəcəsində), Vasili Vetkin (52 kq), Baxtovar Nazirov (56 kq), Konstantin Boqomazov (60 kq), Maksim Dadaşov (64 kq), Aleksandr Besputin (69 kq), Maksim Koptyakov (75 kq), Pavel Silyagin (81 kq), Sadam Maqomedov (91 kq), Həsən Gimbatovdur (91 kiloqramdan yuxarı).
Boks üzrə qadın yığmasının tərkibinə beş idmançı daxildir: Sayana Saqatayeva (51 kq), Yelena Savelyeva (54 kq), Zinaida Dobrınina (60 kq), Anastasiya Belyakova (64 kq), Yaroslava Yakuşina (75 kq).