İQTİSADİYYAT
Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələrin adları açıqlanıb VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 28-də “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasiminin keçiriləcəyi gün paytaxtın müvafiq yollarında nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bağlanış mərasiminə bileti olan hər kəsə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatın xidmətlərindən istifadə etmələri tövsiyə edilir.
Qeyd edək ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər, ekspress avtobuslar isə səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]