Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamənin müzakirəsi məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, həmin rayonlardan seçilmiş deputatlar, Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin bu qərəzli qətnaməsinin Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurduğunu bildirib. Baş nazirin müavini bu qətnamədə əksini tapan fikirlərin tamamilə əsassız ittihamlar və tələblər olduğunu vurğulayıb.

Əli Həsənov deyib ki, Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Azərbaycanla bağlı qətnamə qəbul etmək isə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir.

Diqqətə çatdırılıb ki, Avropa Parlamentinin belə addım atması, ümumiyyətlə son illər Avropanın bəzi ölkələrində Azərbaycana qarşı münasibətin dəyişməsi respublikamızın əldə etdiyi böyük nailiyyətlərlə əlaqədar yaranan qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Avropanın ən böyük tədbirləri Azərbaycanda keçirilir. Xüsusilə, ilk Avropa Oyunlarının Azərbaycanda böyük uğurla keçirilməsindən sonra Avropada Azərbaycana qarşı belə qərəzli addımların atılacağı gözlənilirdi. Bu, qısqanclığın, paxıllığın və xüsusilə erməni diasporunun təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, xüsusilə ordumuzun güclənməsindən qorxuya düşən erməni diasporu hərəkətə keçib və qərəzli addımların atılmasında onun böyük rolu var.

Baş nazirin müavini bildirib ki, hazırda Avropa 50-60 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir. Ancaq görün Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində hansı işləri görüb?! Bu sahənin idarə olunması Prezident İlham Əliyev tərəfindən tam təmin edilib. Təsadüfi deyil ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycan Prezidenti tərəfindən bununla bağlı görülən işlərin dünya üçün bir nümunə olduğunu deyir.

Əli Həsənov bildirib ki, bu gün biz Avropada qaçqınlarla nə dərəcədə kobud rəftar edilməsinin şahidi oluruq. Özləri isə insan hüquqlarından, demokratiyadan danışırlar. İyirmi ildən çoxdur ki, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün hüquqları pozulur. Avropa Parlamenti niyə susur?! Avropa Parlamenti Azərbaycanda konkret cinayət əməllərinə görə qanunvericiliklə mühakimə olunan iki-üç nəfərin hüquqlarının pozulduğunu deyir. Məgər Avropa ölkələrində cinayət törədənlər məhkəmə qanunu ilə mühakimə olunanda onların hüquqları pozulur?! Niyə onlar Avropa ölkələrində polisin insanlara qarşı tətbiq etdiyi zorakılıqdan, Ermənistanda insanlara qarşı həyata keçirilən kütləvi zorakılıqdan danışmırlar?! Budur onların iç üzü. Bu, riyakarlıqdır, ikiüzlülükdür.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının tam təmin olunduğu bir vaxtda reallığı əks etdirməyən belə bir qətnamənin qəbul olunması yolverilməzdir. Azərbaycanda demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Avropanın özündə isə insan haqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu qətnaməni hazırlayanların heç Azərbaycan reallıqlarından xəbəri yoxdur. Buna görə də Avropa Parlamentinin bu addımı ikili standartlarla yanaşmadan, qərəzdən, riyakarlıqdan baş bir şey deyil.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi ölkəmizi, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Bu kampaniyanın təşkilatçıları isə Azərbaycandakı sabitliyi, ölkəmizdəki sosial-iqtisadi inkişafı gözü götürməyən qüvvələrdir. Bu gün Azərbaycan xalqı öz iradəsini ifadə edib. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun yürütdüyü siyasəti tam dəstəkləyir.

Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova bildirib ki, Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizdə fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının bərpası, doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmürlər. İyirmi ildən artıqdır ki, bir milyondan çox insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan faktlar əsasında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi ədalətsizlikdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, heç bir təşkilatın müstəqil bir ölkənin daxili işlərinə qarışmağa haqqı yoxdur. Antiazərbaycan qüvvələrin qəbul etdiyi bu qətnamə qərəzlidir və ölkəmizə qarşı təzyiq məqsədi daşıyır. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Onları nə Azərbaycan xalqı, nə də Azərbaycanın həqiqətləri maraqlandırır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir qərəzli mövqedə dayanır, qeyri-obyektiv qətnamələr qəbul edilir.

Milli Məclisin deputatı Elman Məmmədov Avropa Parlamentinin tarixən Ermənistanın mənafeyinə uyğun sənədlər qəbul etdiyini faktlarla diqqətə çatdırıb. O bildirib ki, bəzi antiazərbaycançı qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarır, çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində bundan əvvəlki qətnamə birinci Avropa Oyunları ərəfəsində qəbul olunmuşdu. Bu dəfə isə parlament seçkiləri kampaniyası dövründə belə bir sənəd qəbul edilib. Qətnamədə əksini tapan fikirlərin hamısı qərəzli, qeyri-obyektivdir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov deyib ki, Avropa Parlamentinin qətnaməsində irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu və antiazərbaycan xarakterli olduğunu təsdiq edir. Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir.

Tədbirə yekun vuran Əli Həsənov Avropa Parlamentinin bu qətnaməsinin Azərbaycana qarşı qərəzli münasibətin bir daha göstəricisi olduğunu bildirib.

Sonda Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin adından Prezident İlham Əliyevə və Avropa Parlamentinə müraciətlər qəbul olunub.

Azərbaycan Prezidentinə müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Biz bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçılarının, həmin rayonlardan seçilmiş deputatların iştirakı ilə keçirilmiş tədbirdə Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da qəbul edilmiş ədalətsiz, qərəzli qətnaməni geniş müzakirə etdik.

Biz, tədbir iştirakçıları ölkəmizdə olan bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün adından Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyir, bunu qısa bir müddətdə Sizin rəhbərliyinizlə əldə edilmiş uğurları gözü götürməyən, antiazərbaycan mövqeli, erməni diasporunun maliyyə dəstəyinə satılan bəzi deputatların məqsədli şəkildə təşkil etdikləri növbəti çirkin kampaniya kimi qiymətləndiririk.

Biz ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər və seçkilər ərəfəsində Avropa Parlamentinin belə qərəzli, qarayaxma cəhdlərinin çox şahidi olmuşuq. Avropanı düçar olduğu enerji təhlükəsindən xilas etmək yolunda Sizin heç bir təhdiddən çəkinməyərək qəti addımlar atdığınız bir zamanda onların nümayəndələrinin bu cür çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir.

Möhtərəm cənab Prezident, Siz müstəqil dövlətin rəhbəri olaraq müstəqil siyasət yürüdürsünüz, Azərbaycanı analoqu olmayan inkişaf yolu ilə irəli aparırsınız, ölkəmizi dünyanı çalxalayan maliyyə böhranından, çirkin siyasi çəkişmələrdən bacarıqla qoruyursunuz.

Biz qaçqınlar və məcburi köçkünlər Sizin bu ağıllı, düşünülmüş siyasətinizi hər zaman dəstəkləmişik və bundan sonra da atacağınız hər bir addımı fəal müdafiə edəcəyik.

Bu cür hadisələr bir daha onu göstərir ki, biz daha fəal və ehtiyatlı olmalı, qabaqlayıcı tədbirlər görməli, dövlətimizin müdafiəsində vahid cəbhədə, Sizin ətrafınızda daha sıx birləşməliyik.

Azərbaycan xalqı kimi, biz qaçqınlar və məcburi köçkünlər də Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi, qətnamənin lehinə səs vermiş deputatların təmsil olunduqları dövlətlərin rəhbərlərindən isə ölkələrini Avropa Parlamentində daha ədalətli nümayəndələrlə əvəz etməyi tələb edirik.

Qüdrətli və qüvvətli Azərbaycan naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik”.

Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək