DÜNYA


Avropa Parlamenti: Britaniya “Brexit” prosesini istənilən vaxt dayandıra bilər

Bakı, 21 aprel, AZƏRTAC

Avropa Parlamentinin sədri Antonio Tayani Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma prosesini istənilən an dayandıra biləcəyini bildirib. Bu məsələ Baş nazir Tereza Meyin elan etdiyi növbədənkənar parlament seçkiləri ərəfəsində daha da aktuallaşıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Tayaninin sözlərinə görə, əgər yeni hökumət “Brexit”ə başqa cür yanaşsa, Lissabon sazişinin 50-ci maddəsinə əsasən başlayan bu prosesi dayandıra bilər.

Avroparlament sədrinin bu fikri Tereza Meyin “Brexit”in geriyə dönüşünün olmadığı barədə iddialarına əsla uyğun gəlmir.

Xatırladaq ki, Böyük Britaniyada əvvəlcə 2020-ci ilə təyin olunan parlament seçkiləri bu il iyunun 8-də keçirilməlidir. Britaniya hökumətinin başçısı ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesini həyata keçirmək üçün müəyyənliyə, sabitliyə və güclü rəhbərliyə ehtiyac olduğunu və növbədənkənar parlament seçkilərinin məhz buna hesablandığını vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.