DÜNYA


Avropa Parlamenti: Türkiyənin Aİ-yə üzvlük müzakirələri dondurulsun

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqı (Aİ) ilə apardığı müzakirələrin müvəqqəti olaraq dondurulmasını tövsiyə edən və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında səsverməyə çıxarılan qətnamənin əleyhinə 37, lehinə isə 479 parlamentari səs verib. Bu qərar ölkədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra yaranmış vəziyyət və fövqəladə rejimin tətbiqi ilə əsaslandırılır. Həmçinin üzvlük müzakirələrinin yenidən başlanmasının şərti kimi fövqəladə vəziyyətin ləğvi məsələsi irəli sürülür, Avropa Parlamentinin və Avropa Birliyinin çevriliş cəhdini kəskin surətdə qınadığı bildirilir.

Bir qədər əvvəl Rəcəb Tayyib Ərdoğan qəbul olunması gözlənilən bu qətnamənin Türkiyə üçün heç bir əhəmiyyət daşımadığını bəyan etmişdi.

Türkiyə ilə Avropa Birliyi arasında üzvlülük müzakirələri mövzusunun Aİ liderlərinin dekabrda keçiriləcək sammitində gündəmə gəlməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.